reklam
4 boksçumuz Avropa çempionatının finalında
Sportfm.az xəbər saytı

4 boksçumuz Avropa çempionatının finalında


Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında yarımfinal döyüşləri keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 4 idmançısı finala yüksəlib.

Gülər Hüseynova (48 kq) Serana Mali (İngiltərə) ilə üz-üzə gəlib. Boksçumuz inamlı çıxış sayəsində rəqibini məğlub edib – 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29). O, finalda Asmin Cabasla (Türkiyə) döyüşəcək.

Qardaş Rəhimov (46 kq) Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşıb. O, hər 3 raundda rəqibindən güclü olub və yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Rəhimov qızıl medal uğrunda Birham-Pasa İuseimlə (Rumıniya) gücünü yoxlayacaq.

Şahin Aslanov (60 kq) da adını finala yazdırıb. O, Ceyson Maherlə (İrlandiya) dueldən qalib ayrılıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuzun finalda rəqibi Frenki Smit (İngiltərə) olacaq.

Şükar Əliyev (75 kq) isə finala döyüş keçirmədən vəsiqə qazanıb. Aleks Domjan (Macarıstan) döyüşə gəlmədiyi üçün milli üzvü qalib elan olunub. O, finalda Maykl Mauqanı (İngiltərə) sınağa çəkəcək.

Qeyd edək ki, həlledici döyüşlər dekabrın 17-də keçiriləcək.

Oxşar xəbərlər

Avropa Çempionatında böyük uğur - 4 medal
4 boksçumuz 1/4 finalda - Avropa çempionatı
Dörd boksçumuz 1/4 finalda - Avropa çempionatı
Boksçularımız Avropa çempionatının finalında
4 boksçumuz finalda - Avropa birinciliyi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər