reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın qış hazırlıq planı bilindi


"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Beləliklə, “Qarabağ”ın 2025/26 mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.

Misli Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.

Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, klub yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a qarşı keçirəcək.

Oxşar xəbərlər

“Qarabağ”ın hazırlıq planı məlum oldu
“Araz-Naxçıvan”ın qış hazırlıq planı bilindi
"Qarabağ"ın hazırlıq planı müəyyən oldu
"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşdi
"Qarabağ"ın qış hazırlıq planı - Antalyaya yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər