Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakı “Dünya İdman Paytaxtı” elan olundu
“Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.
Sportfm.az xəbər verir ki, Bakının “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirə ACES (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının) nümayəndə heyəti də qatılıb. Qurumun prezidenti Can Françesko Lupatelli, baş katib Huqo Alonso, Monako Knyazlığının sabiq Təhsil, Gənclər və İdman naziri İzabelle Klaudio Aline Bonnal da qatılıblar.
2025-ci ildə “Dünyanın İdman Paytaxtı” Monako şəhəri olub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

Oxşar xəbərlər
Üzgüçülük üzrə dünya kuboku Azərbaycanda keçiriləcək
2026-cı il üçün “İdman Paytaxtı” məlum oldu
Bakı dünyanın "İdman Paytaxtı” seçildi
Rəsmiləşdi - Bakı namizəddir
Bakı dünyanın idman paytaxtı ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası