3 ildir maaş verməyən federasiyada hesabat-seçki konfransı keçirilib
Avqustun 17-də Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbəti hesabat-seçki konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, konfransda Federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövrdə görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.
Konfransda AQF-in rəhbər orqanlarına seçkilər keçirilib, icraiyyə komitəsinin yeni tərkibi təsdiqlənib. Federasiyanın prezidenti Nazim İbrahimov konfrans iştirakçılarının yekdil səsi ilə yenidən bu vəzifəyə seçilib.
Sonra federasiyanın vitse-prezidenti, baş katibi və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Ramin Məmmədov federasiyanın vitse-prezidenti, Asəf Məlikov baş katibi, İslam Rəhimov, Elxan Əhmədov, Sudeyif Quliyev isə nəzarət-təftiş komissiyasının üzvləri seçiliblər.
Nazim İbrahimov konfransda çıxış edərək ötən dövrdə Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi yüksək diqqət və qayğı nəticəsində qazanılan nailiyyətlərin ildən-ilə daha da artdığını bildirib.
Federasiya rəhbəri yeni seçilmiş heyətə Azərbaycan Qılıncoynatma Federasiyasının qarşıdakı dövr üçün fəaliyyət planının, idmanın bu növü üzrə milli komandaların yarış və təlim-məşq prosesinin hazırlanması, Beynəlxalq Qılıncoynatma Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Hesabat-seçki konfransında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, “Neftçi” İdman-Sağlamlıq Klubunun və digər idman qurum və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, uzun müddətdir mətbuatda federasiyanın işçilərinə və idmançılara əməkhaqqı vermədiyi bildirilir.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov yenidən federasiya prezidenti oldu - Təyinat
Nazir federasiya prezidenti oldu - Azərbaycanda
Qurbanov federasiya prezidenti oldu - Təyinat
Təhsil naziri federasiya prezidenti seçildi
Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub















Misli Premyer Liqası