reklam
Futbolçu oyun zamanı həyatını itirdi
Sportfm.az xəbər saytı

Futbolçu oyun zamanı həyatını itirdi


Burundinin II divizionunda çıxış edən “Gepye-dyu-Lak” klubunun futbolçusu İgiraneze Ayme Geriku oyun zamanı həyatını itirib.

Sportfm.az xəbər verir ki, hadisə “Amassipiri”yə qarşı matç zamanı baş verib.

Qarşılaşma zamanı yarımmüdafiəçi qəfil yerə yıxılıb. Meydanda olan tibb işçiləri ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, oyunçu xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Futbolçunun boğazına metal əşya ilişdiyi ehtimal olunur. Burundi Futbol Federasiyası hadisə ilə bağlı rəsmi açıqlama yayaraq, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib, lakin ölümün dəqiq səbəblərini açıqlamayıb.

Bəzi mənbələr iddia edir ki, insident yerli inanclar və cadugərliklə bağlı istifadə edilən əşya ilə əlaqəli ola bilər. African Public Radio isə futbolçunun boğulmasına səbəb olan əşyanın sikkə deyil, “qri-qri” adlı amulet ola biləcəyini qeyd edib.

Oxşar xəbərlər

Oyun zamanı meydançada öldü - FOTO
39 yaşlı idmançı yarış zamanı dünyasını dəyişdi - Hadisə
Futbolçu oyun zamanı dünyasını dəyişdi
İsgəndərlinin komanda yoldaşı oyun zamanı dünyasını dəyişdi
Gimnast məşq zamanı dünyasını dəyişdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər