reklam
Bilet üçün 150 milyon müraciət var
Sportfm.az xəbər saytı

Bilet üçün 150 milyon müraciət var


2026-cı il dünya çempionatına biletlərin satışının üçüncü mərhələsində azarkeşlərdən 150 milyondan çox müraciətin qeydə alınıb.

Sportfm.az xəbər verir ki, müraciətlər dünyanın 200-dən artıq ölkəsindən daxil olub.

Biletlərə olan tələbat mövcud təklifi təxminən 30 dəfə üstələyir.

FIFA prezidenti Canni İnfantino dünya çempionatına marağın misilsiz olduğunu vurğulayıb: “DÇ-2026 planetdə keçiriləcək ən möhtəşəm və inklüziv tədbir olacaq. İlk 15 gün ərzində biletlər üçün 150 milyondan çox müraciətin edilməsi azarkeşlərin futbola olan inanılmaz sevgisinin göstəricisidir. Bu heyrətamiz maraq futbolun bütün dünyada necə sevildiyini açıq şəkildə nümayiş etdirir”.

Qeyd edək ki, biletlərin satışının hazırkı mərhələsi 13 yanvar 2026-cı il tarixində başa çatacaq.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnir 11 iyun tarixində start götürəcək, final oyunu isə 19 iyulda baş tutacaq. Dünya çempionatları tarixində ilk dəfə yarışda 48 milli komanda iştirak edəcək.

Oxşar xəbərlər

DÇ-2026-nın ən populyar oyunları
DÇ-2026 satılan biletlərin sayı açıqlandı - 2 milyon
DÇ-2026-ya 1 milyondan çox bilet satıldı
Bilet satışı başladı - DÇ-2026
Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər