Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Moskva klubu azərbaycanlı futbolçunu toplanışa aparmadı
"Dinamo" Moskvanın Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, siyahıda azərbaycanlı gənc yarımmüdafiəçi Ülvi Babayevin adı yer almayıb.
Məlumata görə, yanvarın 14-də başlayacaq toplanışa 21 yaşlı futbolçu aparılmayacaq. Klub rəhbərliyinin qərarı bununla da yekunlaşmayıb. Babayev komandanın ümumi yazışma qrupundan da çıxarılıb ki, bu da tərəflər arasında münasibətlərin xeyli gərginləşdiyini göstərir.
Qeyd olunur ki, futbolçunun “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Mövcud qaydalara əsasən, o artıq indidən digər klublarla danışıqlar aparmaq və ilkin razılaşma əldə etmək hüququna malikdir.
Xatırladaq ki, daha öncə Ülvi Babayevin “Dinamo”nun əsas rəqibi “Spartak”a keçməsi ilə bağlı xəbərlər yayılmışdı. Hücumameyilli yarımmüdafiəçi cari mövsümdə 15 oyunda iştirak edib və 5 qol vurub.

Oxşar xəbərlər
Azərbaycanlı futbolçu Rusiya millisinə dəvət aldı
"Qarabağ"ı udub ərəblərə futbolçu satdılar
60 milyon avro istəyirlər
İspaniya super klubu istəyinə çatır - İllik 35 milyon avro maaş
Emreli "Dinamo" ilə toplanışa yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası