reklam
Xabi Alonso qovuldu -
Sportfm.az xəbər saytı

Xabi Alonso qovuldu -SON DƏQİQƏ


Xabi Alonso Madridin “Real” klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Sportfm.az xəbər verir ki, mütəxəssislə yolların ayrılması barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından etibarən “Real”a rəhbərlik edirdi. Yanvarın 11-də baş tutan İspaniya Superkubokunun finalında madridlilər “Barselona”ya 2:3 hesabı ilə məğlub olmuşdu.

“Real” klubunun rəsmi saytında yer alan açıqlamada bildirilir:

"‘Real’ futbol klubu Xabi Alonso ilə qarşılıqlı razılaşma əsasında əsas komandanın baş məşqçisi vəzifəsindəki fəaliyyətinin başa çatdırılması barədə qərar qəbul edildiyini elan edir. Xabi Alonso hər zaman ‘Real’ azarkeşlərinin sevgisini və hörmətini qazanacaq. Çünki o, klubumuzun əfsanəsidir və daim ‘Real’ın dəyərlərini təcəssüm etdirib. ‘Real’ Madrid onun üçün hər zaman ev olacaq. Klubumuz Xabi Alonsoya və onun məşqçilər heyətinə bu müddətdə göstərdikləri əməyə və sədaqətə görə təşəkkür edir və onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayır”.

Oxşar xəbərlər

Xabi Alonso "Kral klubu"nda - RƏSMİ
Alonso bu futbolçuları “Real”da görmək istəyir
Alonsoya 3 illik təklif
Qurban Qurbanov Xabi Alonso ilə Leverkuzendə görüşdü
"Madrid klubu dünya futbolunun "incisidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər