reklam
Gənc motosikletçi yarış vaxtı öldü
Sportfm.az xəbər saytı

Gənc motosikletçi yarış vaxtı öldü


Motosiklet idmanında ağır itki qeydə alınıb.

Sportfm.az xəbər verir ki, yanvarın 12-də Fransada keçirilmiş yolsuzluq motosiklet yarışları zamanı 21 yaşlı yerli pilot Rafael Şole faciəli şəkildə dünyasını dəyişib.

Qrayane kommunasındakı yarışın gedişində Şole süni tramplindən tullanış etməyə cəhd göstərərkən motosikletdən yıxılıb. Bundan dərhal sonra onu arxadan gələn digər motosikletçi vurub. Gənc pilot ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə cəlb olunan tibbi briqada tərəfindən dərhal müdaxilə edilsə də, Şoleni xilas etmək mümkün olmayıb. O, aldığı travmalar ağır olduğu üçün xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib.

Qeyd edək ki, faciə motoidman ictimaiyyətində böyük kədər doğurub. Almaniyanın "DirtbikeLover" nəşri qum üzərində keçirilən yarışların azarkeşləri və bütün motosiklet ailəsinin matəm içində olduğunu bildirib və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verib.

Oxşar xəbərlər

Oyunçu hava limanında dünyasını dəyişdi
39 yaşlı idmançı yarış zamanı dünyasını dəyişdi - Hadisə
“Dakar” marafonunda qəza - Motoidmançı vəfat etdi
"Dakar" rallisində motosikletçi həlak oldu - FOTO
Gənc boksçu döyüşdən sonra öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər