reklam
“Qarabağ”ın baş direktoru mükafata layiq görüldü
Sportfm.az xəbər saytı

“Qarabağ”ın baş direktoru mükafata layiq görüldü


“Sportsman" jurnalının “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

“Qarabağ”ın baş direktoru Emrah Çelikel də mükafatlandırılıb. Ona Azərbaycan futbolunun inkişafındakı xidmətlərə görə “Zəfər” mükafatı təqdim edilib.

2004-cü ildən "Qarabağ"da çalışan Çelikel bu müddətdə 11 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qazanılmasında pay sahibi olub. Bu illər ərzində Ağdam təmsilçisi ardıcıl 12 dəfə avrokubokların, o cümlədən iki dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib, bir dəfə Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

Oxşar xəbərlər

“Qarabağ” yeni rekorda imza atdı
"Qarabağ" 20-ci titulunu qazandı
18-ci titul və təkrarlanan rekord
"Neftçi" yeni idman direktorunu təqdim etdi - FOTO
"Neftçi"də yeni təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər