Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
SON DƏQİQƏ - "Turan" yenə Bakıya köçdü -Qərar
“Turan Tovuz” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda aparılan bütün bərpa və baxım işlərinə baxmayaraq, bölgədə müşahidə olunan yağıntılı və qeyri-sabit hava şəraiti səbəbindən arenanın ot örtüyünü oyunların keçirilməsi üçün hazır vəziyyətə gətirmək mümkün olmayıb".
Sportfm.az xəbər verir ki, bu açıqlamanı qərb klubunun mətbuat xidməti yayıb. Üstəlik, məlumatda deyilir: “Turan Tovuz” klubunun müraciəti əsasında stadiondakı vəziyyət Peşəkar Futbol Liqası tərəfindən analiz olunub və müvafiq addımlar atılıb. Belə ki, “Turan Tovuz” klubunun müraciəti və “Qarabağ” klubunun razılığını nəzərə alaraq Peşəkar Futbol Liqası “Turan Tovuz”un ev oyunlarının “Azersun Arena”da keçirilməsi barədə qərar qəbul edib.
Eyni zamanda, ardıcıl oyun və məşqlər qrafikinə uyğun olaraq “Azersun Arena”nın həddindən artıq yüklənməsi və meydana çıxması real görünən problemin qarşısını almaq məqsədilə Misli Premyer Liqasının XVII turu çərçivəsində, 25.01.2026-cı il tarixində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili qərara alınıb. Həmin qarşılaşmadan sonra “Turan Tovuz” klubu Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində nəzərdə tutulan ev oyunlarını “Azersun Arena”da keçirməyə başlayacaq.
Klubun Tovuz şəhər stadionuna qayıdışı 20-22 mart 2026-cı il tarixlərində keçiriləcək Misli Premyer Liqasının 25-ci tur oyununa planlaşdırılır. Bununla belə, sözügedən qarşılaşmadan əvvəl Peşəkar Futbol Liqasının işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun keçiriləcək. Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar atılacaq.
Açıqlanmış oyunların başlama saatları ilə bağlı hər hansı dəyişiklik olmayacaq.

Oxşar xəbərlər
"Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salındı - RƏSMİ
“Araz-Naxçıvan”ın stadionu təmirə bağlandı
"Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu ilə bağlı qərar
“Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək - Qərar
“Turan Tovuz” – “Qarabağ” matçının vaxtı açıqlandı - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası