reklam
Milli üzvləri tibbi testlərdən keçirildilər -
Sportfm.az xəbər saytı

Milli üzvləri tibbi testlərdən keçirildilər -VİDEO


Azərbaycanın yunan-Roma və sərbəst güləş yığmalarının üzvləri İdman Akademiyasında yerləşən, ən müasir cihazlarla təmin edilmiş İdman Tibbi Tədqiqatları Laboratoriyasında müxtəlif parametrlər üzrə testlərdən keçiblər.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

Xüsusi aparatlar vasitəsilə güc və dözümlülük göstəriciləri, oksigenin əmsallığı, bədəndə fəallığın və yağlılığın faizi, balans qabiliyyəti, əzələ kütləsinin inkişafı təhlil edilib. İdman üçün vacib olan detallar ölçülüb, cihazlardan keçirdilib və hər bir idmançının orqanizminin mövcud durumu ilə bağlı məşqçilər korpusuna praktiki məlumat verilib.

Bütün bunlarla yanaşı, idmançılar psixoloji testlərdən keçiblər. Psixoloji test idmançının zəif nöqtələrini qiymətləndirir.

Qeyd edək ki, bu laborotoriyada testlərin keçirilməsi hər bir milli üzvünün orqanizmini optimal təhlil etmək, diaqnoz qoymaq və təlim-məşq toplanışlarında qeydə alınan çatışmazlıqları aradan qaldırmaq istiqamətində müvafiq addımlar atmağa imkan verir.

Oxşar xəbərlər

İmişlidə yeni güləş məktəbi istifadəyə verildi
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
Qadın cüdoçularımız tibbi və fiziki testlərdən keçidi
Güləş yığmamızın üzvləri jurnalistlərə qalib gəldi
Hərbçi güləşçilərimiz Makedoniyada yarışacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər