Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Karvan-Yevlax" Azər Həşimova təzminat ödədi
"Karvan-Yevlax" rəhbərliyi istefaya göndərilmiş baş məşqçi Azər Həşimov və köməkçiləri ilə təzminat məsələsində razılığa gəlib.
Sportfm.az xəbər verir ki, aparılan müzakirələrin yekununda qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilib və müqaviləyə xitam verilib.
Eyni zamanda baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunub. Klub bütün öhdəliklərini yerinə yetirdiyini bəyan edib.
Bununla da Karvan-Yevlax"a Füzuli Məmmədovun rəsmən baş məşqçi təyinatı üçün heç bir maneə qalmayıb.
Qeyd edək ki, son bir neçə ay ərzində klubla Azər Həşimov arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamına dair danışıqlar aparılsa da, tərəflər razılıq əldə edə bilmirdi.

Oxşar xəbərlər
EKSKLÜZİV - Azər Həşimov bu klubun sükanı arxasına keçdi
Hüseyn Məhəmmədov işsiz qaldı - Göndərildi
"Karvan-Yevlax" - "İmişli" - START HEYƏTLƏR
Sabiq baş məşqçi vitse-prezidenti oldu
Məmmədovun köməkçiləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası