reklam
Ən güclü qadın bokçsularımız bilindi -
Sportfm.az xəbər saytı

Ən güclü qadın bokçsularımız bilindi -Azərbaycan çempionatı


Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.

Sportnet.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil edilən yarışda 55 kq çəkidə Lalə Mədətova qalib adına layiq görülüb.

Z-1 İdman Klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub – 5:0.

Cəmilə Sultanlı (51 kq, Sumqayıt) da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.

Emili Rzayevanın (“Neftçi” İK) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər 3 raundu xeyrinə bitirən Bakı təmsilçinin idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq, 60 kq çəki dərəcəsində birinci olub.

Fatimə Mehdiyeva (Gəncə) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. İlk raundda Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu 65 kq çəkidə ölkənin ən güclüsü adına sahib çıxıb.

Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kq, “Qızıl əlcək” İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurub.

Oxşar xəbərlər

Qadın boksçular arasında final döyüşləri keçirildi - SİYAHI
Azərbaycan boksçuları 9 medal qazandı - Beynəlxalq turnir
Boksçularımız Bakıda keçirilən beynəlxalq turnirdə medal qazandı
Azərbaycanın 2 boksçusu finala çıxdı - Beynəlxalq turnir
Boksçumuz ermənini məğlub edib Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər