reklam
Azərbaycanlı hakim Çelenc kubokunun oyununda -
Sportfm.az xəbər saytı

Azərbaycanlı hakim Çelenc kubokunun oyununda -Təyinat


Avropa Voleybol Konfederasiyası Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarova qadın voleybolçular arasında Çelenc kubokunun oyununa təyinat verib.
Sportfm.az xəbər verir ki, Zülfüqarov bu gün Macarıstanda keçiriləcək 1/4 final mərhələsinin “KHG Kaposvari NRC” (Macarrıstan) - “GEN-I Volley NOVA GORICA” (Sloveniya) qarşılaşmasında ikinci hakim olacaq.
Matçın baş hakimi vəzifəsini isə türkiyəli Cevril Ebru Kaya icra edəcək.
Qeyd edək ki, CEV Hakimlər Komitəsi bu il yeni bir layihəyə – “CEV Mentoring Program 2026”ya start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də Eldar Zülfüqarovdur.
Layihə çərçivəsində yeni hakimlər yarışlarda birinci hakim olaraq təyinat alırlar. Təcrübəli hakimlər isə oyunda ikinci hakim olur və matçdan sonra yeni hakimlərin işini qiymətləndirirlər.

Oxşar xəbərlər

Azərbaycanlı hakim Çempionlar Liqası matçında
Azərbaycanlı hakim dünya çempionatına təyinat alıb
Azərbaycanlı nümayəndələrə növbəti təyinat
Azərbaycanlı hakim ÇL matçında - Təyinat
Azərbaycanlı hakim "Dinamo"nun matçında - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər