Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Nyukasl” “Qarabağ”la oyunu üçün bilet qiymətlərini açıqladı
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi matç üçün biletlərin qiymətlərini açıqlayıb.
Sportfm.az xəbər verir ki, qiymətlər bütün yaş qrupları üzrə 18 funt-sterlinq (təxminən 40 manat) müəyyən edilib.
Təhlükəsizlik qaydalarına əsasən, 16 yaşdan aşağı şəxslər stadiona mütləq böyüklərin müşayiəti ilə daxil olmalıdırlar.
Bundan əlavə, səfərin İngiltərə futbolu tarixinə düşəcəyi qeyd olunub. Belə ki, Eddi Hounun komandası Bakıya gəlməyə görə 2 529 mil (təxminən 4 070 km) qət edəcək ki, bu da komanda üçün turnir tarixində ən uzun məsafədir.
“Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Oxşar xəbərlər
“Liverpul” – “Qarabağ” matçının biletləri satışda
"Qarabağ" - "Kopenhagen" matçına qonaq azarkeşlərin bilet qiymətləri
“Qarabağ” – “Şelburn” matçına 11 min bilet satıldı - Çempionlar Liqası
“Qarabağ” – “Braqa” oyununa bütün biletlər satılıb
“Qarabağ”- “Molde” matçına satılmış biletlərin sayı - 12 500
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası