reklam
Balabəy
Sportfm.az xəbər saytı

Balabəy "Böyük Dəbilqə"də ilk qızılı qazandı -Uğur


Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib özbəkistanlı Dilşot Xalmatov olub.

Qarşılaşmadan ayrılan Ağayev qızıl medal qazanıb.

Görüşün taleyini cərimə xalları həll edib. Əsas vaxtda qalib müəyyənləşmədiyi üçün qızıl xal bölümündə azərbaycanlı cüdoçu daha bir cərimə xalı qazanıb. Bu, üçüncü şido olduğu üçün Ağayev qarşılaşmanın qalibi adına sahib çıxıb.

Qeyd edək ki, bu, həm də Böyük Dəbilqədə Azərbaycanın ilk qızıl medalı olub.

Oxşar xəbərlər

Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı - Uğur
Parisdə daha bir medal - Böyük Dəbilqə
Azərbaycan cüdoçusu qızıl medal qazandı - "Böyük Dəbilqə"
Cüdoçumuz “bürünc” qazandı - Böyük Dəbilqə
Balabəy Ağayev finala yüksəldi, Hidayət Heydərov üçün bürünc şansı - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər