reklam
“Qarabağ”ı gözləyən gözəl azarkeşlər - FOTO
Sportfm.az xəbər saytı

“Qarabağ”ı gözləyən gözəl azarkeşlər - FOTO


Bu gün "Qarabağ" Çempionlar Liqasının "play-off" mərhələsinin cavab matçında səfərdə Danimarkanın "Kopenhagen" klubunun qonağı olacaq.

Sportfm.az xəbər verir ki, "Parken" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

"Kopenhagen" klubu möhtəşəm azarkeş dəstəyi ilə ev oyunlarında daha yaxşı nəticələr nümayiş etdirir. Xüsusilə, xanım azarkeşlər klubun doğma stadionunda keçirdiyi oyunlara maraq göstərir.

Qitənin ən ali turnirində "play-off"a vəsiqə qazanmaqla Azərbaycan futbolunda ilkə imza atan "Qarabağ"ımız bu gün çılğın "Kopenhagen" azarkeşləri qarşısında mübarizəyə çıxacaq.

İlk oyunda 1:0 hesabı ilə qalib gələn komandamız bu gün sərfəli nəticə qazanarsa, Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməklə ölkə futbolunda yeni bir səhifə açacaq.

22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla
Kopenhagen. “Parken” stadionu

Oxşar xəbərlər

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində
Bukmekerlər “Qarabağ”ı daha şanslı sayır
“Kopenhagen”in baş məşqçisi sabahkı oyunu şərh etdi
“Kopenhagen”–“Qarabağ” matçını kim idarə edəcək?
Avropa klubu azərbaycanlı azarkeşlərə müraciət etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər