reklam
Bütün yarımfinalçılar bilindi
Sportfm.az xəbər saytı

Bütün yarımfinalçılar bilindi


Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin “Abşeron Lions” – “Şəki qarşılaşmasından sonra bəlli olub.

Sözügedən matçda 93:85 hesabı ilə qalib gələn şəkililər yarımfinala adlayan sonuncu kollektiv olublar.

Daha əvvəl baş tutan matçlarda “Ordu” “Sumqayıt”ı (93:74) “Sabah” “Quba”nı (113:76), “Gəncə” isə “Neftçi”ni (95:92) məğlub edərək növbəti raunda adlayıb.

Beləliklə “Şəki” və “Gəncə” komandaları yarımfinalda münasibətləri aydınlaşdıracaqlar. Bu mərhələnin digər matçında “Sabah” “Ordu” ilə qarşılaşacaq.

Oxşar xəbərlər

“Sabah” “Şəki”ni uddu
Beşinci tur Lənkəranda başlayır
“Şəki” NTD-ni məğlub etdi
"Ordu" yarımfinala çıxa bilmədi - Basketbol Liqası
“Gəncə” növbəti qələbəsini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər