reklam
Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək -
Sportfm.az xəbər saytı

Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək -Qış Olimpiya Oyunları


İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Sportfm.az xəbər verir ki, biatlon, bobsley, xizəksürmə, körlinq, sərbəst üslubda xizəksürmə, hokkey, xizək alpinizmi və sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.

Yarışın medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 37 (17 qızıl, 10 gümüş, 10 bürünc) mükafat qazanıb. ABŞ (10 qızıl, 12 gümüş, 7 bürünc) ikinci, İtaliya (9 qızıl, 5 gümüş, 13 bürünc) üçüncüdür.

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma slalom növündə mübarizə aparıb. İdmançı iki cəhdin yekununa əsasən 2:09:15 saniyə nəticə ilə 95 nəfər arasında 51-ci olub.

Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına sabah yekun vurulacaq.

Oxşar xəbərlər

İdmançımız olimpiadada 51-ci oldu
İdmançımız növbəti mərhələdə - Olimpiada-2026
Anastasiya Papatoma mübarizəyə başlayır - Olimpiada-2026
Rio-2016: Medal sıralaması
Rio-2016: Medal sıralaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər