reklam
Azərbaycan millisinin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin heyəti açıqlandı -Avropa çempionatı


Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Tahir Baxşıyev AÇ-2029-un ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya ilə oyunlar üçün geniş heyəti açıqlayıb.
Sportfm.az xəbər verir ki, heyətdə “Sabah”dan dörd, “Neftçi”, “Gəncə”, “Şəki” və “Abşeron Lions”dan iki, “Ordu”, “NTD” və İspaniyanın “Tenerife” klubundan isə bir oyunçu yer alıb.

Milliyə Amil Həmzəyev, Əkbər Məmmədov (hər ikisi “Neftçi”), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov (hamısı “Sabah”), Ulaş Turqut, Cəbrayıl Əkbərov (hər ikisi “Gəncə”), Elşad Şirzadov (“Ordu”), Vesli Van Bek “Tenerife”), Derin Berkoz (NTD), Rəşid Abbasov, Ercan Donat (hər ikisi “Şəki”), İsmayıl Abdullayev və Saadettin Donat (hər ikisi “Abşeron Lions”) dəvət olunublar.

Əkbər Məmmədov və İsmayıl Abdullayev geniş heyətə daxil edilsələr də, zədə səbəbindən təlim-məşq toplanışını davam etdirə bilməyiblər.

Oxşar xəbərlər

Beşinci tur Lənkəranda başlayır
Yığmamızın Kosovo və İrlandiya ilə oyunlar üçün heyəti
Azərbaycan millisi hazırlıqlara başladı - Dünya Kuboku
Yığmamız Türkiyədə təlim-məşq toplanışına başladı
Azərbaycan millisi Andorraya qarşı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər