reklam
Güləşçilərimiz final və üçüncü yer uğrunda görüşə çıxacaqlar
Sportfm.az xəbər saytı

Güləşçilərimiz final və üçüncü yer uğrunda görüşə çıxacaqlar


Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində mübarizəyə start veriblər.

Sportfm.az xəbər verir ki, reytinq turnirində təmsilçilərimizdən biri finala, digər ikisi isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb.

65 kq çəkidə yarışan Rəşid Babazadə yarımfinala qədər uğurla çıxış edib və finala gedən yolda Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucova qalib gələrək qızıl medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86) isə üçüncü yer uğrunda qarşılaşmalarda qüvvələrini sınayacaqlar.

Medallar uğrunda qarşılaşmalar Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Oxşar xəbərlər

Millilərimiz reytinq turnirində
Güləşçimiz Avropa çempionu oldu
Güləşçimiz Avropa çempionu oldu
Azərbaycanın güləşçisi üçüncü yer uğrunda görüşdə iştirak edəcək
Cüdoçumuz finala yüksəldi - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər