reklam
Azərbaycan millisi səfərdə qələbə qazandı
Sportfm.az xəbər saytı

Azərbaycan millisi səfərdə qələbə qazandı


Azərbaycan basketbol millisi Avropa çempionatı-2029-un seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, yığmamız Dublində İrlandiya millisini 76:75 hesabı ilə məğlub edib.

Azərbaycan millisinin heyətində ən məhsuldar oyunçular Uesli Van Bek və Kamal Məmmədov olub. Onlar müvafiq olaraq 20 və 18 xal toplayıblar.

Qrupun 3-cü turunun digər oyununda Şimali Makedoniya öz meydanında Lüksemburqu 79:70 hesabı ilə üstələyib.

Beləliklə, üç turdan sonra Şimali Makedoniyanın 6, Lüksemburqun 5, Azərbaycanın 4, İrlandiyanın isə 3 xalı var.

Qeyd edək ki, bu, Azərbaycan millisinin Avropa və dünya çempionatlarının seçmə mərhələləri tarixində ikinci səfər qələbəsidir. İlk belə uğur 2012-ci ildə Avrobasket-2013-ün seçmə mərhələsində Lüksemburqa qarşı əldə olunmuşdu.

Oxşar xəbərlər

Azərbaycan millisi İsveçrəyə qarşı - DÇ-2027
Yığmamız Lüksemburqa qarşı - Avropa çempionatı
Azərbaycan millisi DÇ-2027-də ilk qələbəsini qazandı
Azərbaycan millisi Lüksemburqa qarşı - Avropa çempionatı
Millimiz Lüksemburqa qarşı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər