reklam
İran yığması Dünya Çempionatına getməyəcək?
Sportfm.az xəbər saytı

İran yığması Dünya Çempionatına getməyəcək?


Yaxın Şərqdə baş verən hadisələr fonunda İran millisinin qarşıdakı dünya çempionatında iştirak edə bilməyəcəyi ehtimalı gündəmə gəlib. Belə ki, turnirin əsas oyunları Amerika Birləşmiş Ştatları ərazisində keçiriləcək.

Daha əvvəl də İran vətəndaşlarının ABŞ vizası almaqda üzləşdiyi çətinliklər səbəbindən belə ssenarinin mümkünlüyü müzakirə olunurdu.

Sportfm.az xəbər verir ki, mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandıran İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac, ölkə millisinin turnirdə iştirakına şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda komandanın çempionata qatılması çətin görünür:

“Dünya çempionatı və ABŞ-nin İrana hücumu məsələsinə gəlincə, iştirak edə biləcəyimizə çox inanmıram. Amma bu qərarı mən vermirəm”.

İranlılar yarışdan kənarda qalarsa, ehtimal olunur ki, onları Birləşmiş Ərəb Əmirlikləri millisi və ya İraq yığması əvəz edə bilər.

DÇ-2026 ABŞ, Meksika və Kanada olmaqla üç ölkədə keçiriləcək.

Oxşar xəbərlər

Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etdi
Daha bir ölkə dünya çempionatında - DÇ-2022
Dünya Çempionatı Cənubi Amerikada keçirilə bilər
DÇ-2018-də iştirak edəcək üçüncü yığmanın adına aydınlıq gəlib
Mundial üç ölkədə keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər