Mahmudov Portuqaliyanı tərk etdi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov klubsuz qalıb.
Sportfm.az xəbər verir ki, millimizin futbolçusu Portuqaliya "Boavişta"sı ilə yollarını ayırıb. Bu barədə Portuqaliya klubu məlumat yayıb. Məlumatda bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Bu üzdən də Emin azad agent statusu əldə edib. Lakin onun karyerasını harada davam etdirəcəyi hələlik, bilinmir.
Mahmudov Portuqaliya klubunda 2016-cı ildən çıxış edirdi. Lakin yeni mövsümdə məşqçilər korpusu futbolçumuza güvənmədiyindən milli üzvü iş yerini dəyişməyə qərar verib. Oyun təcrübəsinin olmaması səbəbindən Emin millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və San Marino ilə oyunlarına da dəvət edilməyib(komanda.az)
Oxşar xəbərlər
Emin Mahmudov 148 yaşlı kluba gedir - Transfer
Emin Mahmudov Şotlandiyaya gedəcək - Xarici mətbuat
Emin Mahmudov "Neftçi"də
Emin Mahmudov Portuqaliyada debüt etdi
Emin Mahmudov klubsuz qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası