reklam
Boksçularımız 4 medal qazandı
Sportfm.az xəbər saytı

Boksçularımız 4 medal qazandı


Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər boksçularımızdan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

Oxşar xəbərlər

Azərbaycan güləşçisi gümüş medal qazandı - İslamiada
Boksçularımız Avropa çempionatını 8 medalla başa vurdu
Boksçularımız Avropa birinciliyində 22 medal qazandı
Boksçularımız beynəlxalq turnirdə 7 medal qazandı
Azərbaycan boksçuları 9 medal qazandı - Beynəlxalq turnir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər