reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın haqqını yediniz! - YAZI


25-ci turda “Kəpəz” - “Qarabağ” matçında (1:0) baş verən mübahisəli epizodla bağlı söz-söhbət səngimək bilmir.

Kamilo Duranın kobudluqla durdurulduğu epizoda davam deyənlərə yerli və xarici referilərin dediklərinə diqqət etmələrini tövsiyə edirəm.

Onların isə hamısı birmənalı şəkildə epizodun 100 faizli penalti olduğunu, hakimin və VAR-ın səhv qərar verdiyini bildirir.

Yəni "davam" işarəsi yanlışdır. Sonradan səs yazılarını yaymaq isə ümumiyyətlə biabırçılıqdı. Hamı görür ki, Duranın ayağına təmas var, adamlar 20 nəfərin səs-küyü ilə əksini sübut etməyə çalışırlar.

Yox, qardaşlar, alınmaz və alınmayacaq. "Qarabağ"ın haqqını yediniz və belə görünür ki, yeməkdə davam edəcəksiz.

Bütün olanların kimin üçün olduğunu isə mövsümün sonunda hər kəs görəcək.

Görünən odur ki, hamı "Qarabağ" kimi biləyinin haqqı ilə çempion olmağı da bacarmır.

Araz Əhmədov

Oxşar xəbərlər

Rəhim Həsənov mübahisəli epizodları şərh etdi - VİDEO
"Qarabağ" açıqladı - Kolumbiyalı hücumçunun durumu yaxşıdır
Frank De Blekere hakim qərarlarını şərh etdi
De Bleker mübahisəli epizod haqda danışdı
"Qarabağ" ilk matçda favorit olduğunu sübut etdi - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər