reklam
Millimizin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Millimizin heyəti açıqlandı -Avropa çempionatı


Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək cüdo üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib.
Sportfm.az xəbər verir ki, ilkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib.
Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Kənan Nəsibov (+100 kq) kişilərin, Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq) qadınların mübarizəsinə qatılacaq.
Yekun heyət yarışa bir həftə qalmış açıqlanacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Oxşar xəbərlər

Millimizin heyəti açıqlandı - SİYAHI
Cüdoçularımız Meksikada yarışacaq
Cüdo yığmamızın “Böyük Dəbilqə” üçün heyəti - SİYAHI
Azərbaycan millisinin heyəti açıqlandı - Böyük Dəbilqə
Azərbaycan millisinin heyəti açıqlandı - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər