reklam
Lala Kramarenko milliyə qayıtdı
Sportfm.az xəbər saytı

Lala Kramarenko milliyə qayıtdı


Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lala Kramarenko 2026-cı il üçün bədii gimnastika üzrə Rusiya millisinin ehtiyat heyətinə daxil edilib.

Sportfm.az xəbər verir ki, 21 yaşlı idmançı 2021-ci ildə komanda hesabında Avropa çempionu olub, həmçinin gənclər arasında üçqat dünya çempionu titulunu qazanıb.

L.Kramarenko 2024-cü ildə Rusiya çempionatında bütün fərdi növlərdə qızıl medal əldə edib. O, həmçinin iyun ayında keçirilən BRİKS Oyunlarında çoxnövçülük və lentlə hərəkətlər üzrə çempion adını qazanıb.

BRİKS Oyunlarından sonra gimnast zədələnmiş dizindən əməliyyat olunub. O, ötən ilin noyabrında karyerasını bərpa etdiyini açıqlayıb.

Qeyd edək ki, Lala Kramarenko ilə yanaşı, ehtiyat heyətə 28 gimnast daxil edilib

Oxşar xəbərlər

Üçqat olimpiya çempionu dünyasını dəyişdi
Üçqat dünya çempionu diskvalifikasiya olundu - QƏRAR
Lalə Kramarenko zədəli halda çempion oldu
Rusiyanı təmsil edən azərbaycanlı gimnast birincidir - Dünya Kuboku
Millimizin məşqçisi Rusiya klubunda - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər