Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçilərimizdən Estoniyada 5 medal -Beynəlxalq turnir
Azərbaycan güləşçiləri Estoniyada yeniyetmələr arasında keçirilən “Tallin Open” turnirində 5 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, 41 ölkənin təmsil olunduğu ənənəvi yarışda U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi çıxış edib ki, onların da 5-i fəxri kürsüyə qalxıb.
Fatimə Bayramova (53 kq) keçirdiyi 7 görüşün hər birində qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal qazanıb.
Komandamız yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. Yığmamız U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.

Oxşar xəbərlər
Stadnik milli komandamızla Estoniyaya yollandı
Millimizin Avropa çempionatı üçün heyəti
3 medal birdən - Xatirə turniri
Güləşçilərimiz Qazaxıstandakı turnirdə 10 medal qazandı
Güləşçilərimizdən Qazaxıstanda 8 medal - Türk Dövlətlərinin Universiadası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası