reklam
Gimnastlarımızdan beynəlxalq turnirdə 6 medal
Sportfm.az xəbər saytı

Gimnastlarımızdan beynəlxalq turnirdə 6 medal


Azərbaycan təmsilçiləri Bakıda keçirilmiş bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirini altı medalla başa vurublar.

Sportfm.az xəbər verir ki, mükafatlardan biri qızıl, üçü gümüş, ikisi bürünc əyarlıdır.

Gövhər İbrahimova lentlə bürünc mükafata sahib çıxıb. O, həmçinin halqa ilə hərəkətlərdə üçüncü yeri tutub.

Fidan Qurbanlı topla gümüş medal qazanıb.

Azadə Atakişiyeva lentlə hərəkətlərdə qızıl medal qazanıb. O, həmçinin topla hərəkətlərin icrasında ikinci olub.

Azərbaycan gimnastları ötən gün də komanda hesabında gümüş medala yiyələniblər.

Oxşar xəbərlər

Gimnastlarımızdan 8 medal - III MDB Oyunları
Azərbaycan çempionatına yekun vuruldu - SİYAHI
İsrail gimnastı Bakıda Dünya Kubokunda birinci oldu
Rio-2016: Medal sıralaması
Rio-2016: Medal sıralaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər