reklam
“Qarabağ” və “Zirə” səfərdə, “Neftçi” evdə oynayacaq -
Sportfm.az xəbər saytı

“Qarabağ” və “Zirə” səfərdə, “Neftçi” evdə oynayacaq -Premyer Liqa


Misli Premyer Liqasında 27-ci tur davam edir.

Sportfm.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçiriləcək.

Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. Cari mövsüm bu komandaların çempionatdakı əvvəlki iki oyunundan birində Ağdam klubu qələbə qazanıb - 2:1. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 0:0.

Digər oyunda “Zirə” səfərdə “Sabah”la üz-üzə gələcək. Cari mövsüm bu komandaların matçlarında üstün tərəf Masazır təmsilçisidir - 3:0 və 3:1.

Günün son görüşündə isə “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Bu komandalar arasında mövsümün ilk oyununda qalib aşkarlanmasa da (2:2), ikinci görüşdə “Neftçi” böyük hesablı qələbə qazanıb - 4:0.

Misli Premyer Liqası

27-ci tur

11 aprel (şənbə)

15:30. “Şamaxı” - “Qarabağ”
Şamaxı şəhər stadionu

18:00. “Sabah” - “Zirə”
“Bank Respublika Arena”

20:00. “Neftçi” - “Araz-Naxçıvan”
“Palms Sports Arena”

12 aprel (bazar)

15:30. “Qəbələ” - “İmişli”
Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” - “Sumqayıt”
Tovuz şəhər stadionu

10 aprel (cümə)

“Karvan-Yevlax” - “Kəpəz” - 4:1



Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 17 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Oxşar xəbərlər

“Karvan-Yevlax” “Kəpəz”ə qarşı - 27-ci tur başlayır
“İmişli” “Turan Tovuz”a, “Zirə” “Şamaxı”ya, “Araz-Naxçıvan” “Sabah”a qarşı - Premyer Liqa
“Kəpəz” “Qəbələ”, “Sumqayıt” “Neftçi” ilə üz-üzə - YENİLƏNİR
“Qarabağ” – “Sabah” və “Neftçi” – “Qarabağ” oyunlarının vaxtı bilindi
“Şamaxı” “Neftçi”yə, “Qəbələ” “Karvan-Yevlax”a qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər