reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Sabah" matçının biletləri satışda


Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Sabah” qarşılaşmasının biletləri sabahdan satışda olacaq.

Sportfm.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. 16, 17 və 18 aprel tarixlərində isə biletləri həm iTicket.az-dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən klubun fanşopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkün olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.

Qeyd edək ki, stadionun qapıları oyunun start fitindən 120 dəqiqə əvvəl azarkeşlərin girişi üçün açılacaq.

Xatırladaq ki, qarşılaşma aprelin 18-i Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ" - "Sabah" matçının biletləri satışda
“Qarabağ” – “Turan Tovuz” oyununun biletləri satışda
"Qarabağ" - "Səbail" oyununun biletləri satışda
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
"Qarabağ" - “Şamaxı” oyunun biletləri satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər