reklam
16 yaşlı futbolçu super klubun hədəfində
Sportfm.az xəbər saytı

16 yaşlı futbolçu super klubun hədəfində


"Mançester Siti" "Palmeyras"ın 16 yaşlı vingeri Eduardo Konseysaonu transfer etməyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, ESPN nəşrinin məlumatına görə, İngiltərə klubu bu keçiddə favorit hesab edilir və PSJ, "Çelsi" kimi rəqiblərini qabaqlamağa çalışır. "Barselona"nın da futbolçu ilə maraqlandığı bildirilir.

Qeyd olunur ki, "Mançester Siti" bu transfer üçün təxminən 40 milyon avro ödəməyə hazırdır. Lakin oyunçu 18 yaşına çatana qədər Avropaya keçə bilməyəcəyi üçün "Palmeyras" satış üçün tələsmir.

Qeyd edək ki, hazırda Braziliya U-17 yığmasında çıxış edən Konseysaonun turnirdən sonra əsas komandaya cəlb olunacağı gözlənilir.

Oxşar xəbərlər

Bu futbolçu üçün 40 milyon ödəməyə hazırdılar - FOTO
18 yaşlı futbolçuya 34 milyon avro verdilər - Transfer
20 yaşlı özbək oyunçu "Mançester Siti"də
Qvardiola “Barselona”nın oyunçusunu istəyir
“Mançester Siti”dən 32 milyon avroluq transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər