reklam
Kamran Şahsuvarlı yarımfinala yüksəldi
Sportfm.az xəbər saytı

Kamran Şahsuvarlı yarımfinala yüksəldi


Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Sportfm.az xəbər verir ki, günün ilk sessiyasında Azərbaycan millisinin 1 üzvü qüvvəsini sınayıb.

75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvalı kolumbiyalı Xorxe Vivas Palasiosla üz-üzə gəlib. Döyüş 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə Olimpiya mükafatçımızın xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Şahsuvarlı avqustun 31-də baş tutacaq 1/2 finalda qazaxıstanlı Abilxan Amankulla qarşılaşacaq.

Qeyd edək ki, günün ikinci sessiyada dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da rinqə çıxacaq. O, yarımfinala vəsiqə üçün Camili-Dini Aboudo-Moindze (Fransa) ilə döyüşəcək.

Oxşar xəbərlər

Nərmin ermənini "əzişdirdi" - Avropa Birinciliyi
Boksçumuz Kamran Şahsuvarlı yarımfinala yüksəldi
Daha iki boksçumuz dünya çempionatında iştirak hüququ qazandı
Üç lisenziyadan sonra Barabanov idmançımızın "yolunu kəsməyə" çalışacaq
Rio-2016: Elvin Məmişzadə mübarizəni dayandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər