reklam
Hidayət Heydərov finalda -
Sportfm.az xəbər saytı

Hidayət Heydərov finalda -Avropa çempionatı


Azərbaycanlı cüdoçu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib.

Sportfm.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Çiloğluya qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda isə Dayyan Boulemtafesi (Fransa) məğlub etmişdi.

Bununla da, Hidayət Heydərov ən azı gümüş medalı özü üçün təmin edib.

Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq.

Ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Oxşar xəbərlər

Hidayət Heydərov yarımfinalda - İslam Həmrəyliyi oyunları
"Hido" finalda - PARİS - 2024
Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024
Hidayət Heydərov finalda - Böyük Dəbilqə
Hidayət Heydərov Avropa çempionu oldu - İkinci dəfə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər