reklam
Son turda əldən verilən çempionluq
Sportfm.az xəbər saytı

Son turda əldən verilən çempionluq


Polşanın Katovitse şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatı başa çatıb.

Sportfm.az xəbər verir ki, son – 11-ci turda Azərbaycan şahmatçıları arasında keçirilən görüşdə Aydın Süleymanlı ilə Məhəmməd Muradlı heç-heçə edib.

Tura lider kimi başlayan Nicat Abasov isə ağ fiqurlarla rumıniyalı Daniel Boqdanla bərabərə qalaraq yarım xalla kifayətlənib.

Eyni xala malik ukraynalı Roman Deqityarov son turda ispaniyalı David Guijarronu məğlub edərək Avropa çempionu olub.

Yarışı 8,5 xalla başa vuran Azərbaycan təmsilçiləri 2-4-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərə əsasən Nicat Abasov gümüş, Aydın Süleymanlı isə bürünc medal qazanıb. Məhəmməd Muradlı dördüncü yeri tutub.

Hər üç şahmatçı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə əldə edib.


Beləliklə, 43 ölkənin iştirak etdiyi çempionatda Azərbaycan iki medal qazanıb və ilk dördlükdə üç təmsilçi ilə diqqət çəkib.

Qeyd edək ki, şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Bu turnirdə Azərbaycanın yeganə medalı indiyədək 2005-ci ildə gümüş mükafatçı olan Teymur Rəcəbova məxsus idi.

Oxşar xəbərlər

Avropa çempionatına gedəcək şahmatçılarımız bilindi - SİYAHI
Şahmatçılarımız dünya kubokuna vəsiqə qazandı
13 şahmatçımız şəxsi Avropa çempionatında iştirak edəcək
Şahmatçımız Dubayda qalib gəldi
Süleymanlı karyerasında ilk dəfə Azərbaycan çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər