Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" rəsmiləri UEFA Forumunda
"Qarabağ" futbol akademiyasının meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyev UEFA Gənclər Liqası 5-ci Forumunda iştirak ediblər.
Sportfm.az xəbər verir ki, Cenevrə şəhərində başa çatan tədbirdə bir neçə mövzuda seminarlar keçirilib. Lids Bekket Universitenin professoru Sercio Lara-Bersial "Futbol IQ-sü nədir və gənc futbolçularda necə inkişaf etdirilə bilər?", "Olimpik"in (Lion, Fransa) sabiq köməkçi məşqçisi Damyen Della Santa "Fərdi oyunçu inkişafı", UEFA Məşqçi İnkişafı Departamenti "Gələcək nəsil futbolçu yetişdirilməsinin metodoloji prinsipləri" mövzularında təqdimatlar ediblər.
Qonaqlar Lozanna şəhərində Madrid "Real"ının penaltilərlə Belçika təmsilçisi "Brügge"yə qalib gəldiyi (əsas vaxt 1:1) Gənclər Liqasının final matçını izləmək imkanı qazanıblar. Daha sonra UEFA texniki nümayəndələri - sabiq məşhur futbolçu Sami Xedira və məşhur məşqçi Anj Postukouqlu ilə birlikdə final oyunu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir Dortmund "Borussiya"sında uşaq futbolundan başlayaraq Çempionlar Liqasının finalına qədər uzun yol keçmiş Edin Terziçin maraqlı panel müsahibəsi ilə başa çatıb.
Sonda iştirakçılara UEFA tərəfindən sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər
Mingəçevirdə məşqçi kursu keçirildi
Klub nümayəndələri ilə onlayn görüş keçirilib
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri Bakıda
AFFA rəsmisi UEFA-nın forumunda iştirak etdi
"Qəbələ" nümayəndələri UEFA forumunda iştirak etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Güləşçilərimiz yarımfinala yüksəldi - Avropa çempionatı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
“Kəpəz” iki futbolçusu ilə peşəkar müqavilə imzaladı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
“Sabah”ın futbolçusu millini tərk etdi

Misli Premyer Liqası