Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbol üzrə Azərbaycan milli komandası Norveçə yollanıb - FOTO
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığmasının qonağı olacaq Azərbaycan milli komandası Osloya yola düşüb.
Sportfm.az saytı “Report”-a istinadən xəbər verir ki, Prosineçkinin rəhbərlik etdiyi kollektiv bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə səfərə çıxıb. Yığma ilə birgə Skandinaviya ölkəsinə veteran futbolçular - AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov da uçub.
Qeyd edək ki, sentyabrın 1-də Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oxşar xəbərlər
Millimiz Bratislavaya yollandı - FOTO
Millimiz Uelsə yollandı - FOTO
Millimiz Xorvatiyaya yollandı - FOTO
Millimiz Priştinaya yola düşdü - FOTO
Öncə Lars Laqerbek, sonra Robert Prosineçki
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası