reklam
Yığmamız Avropa birincisi oldu -
Sportfm.az xəbər saytı

Yığmamız Avropa birincisi oldu -UĞUR


Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yarışı başa çatıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisi son gündə 3 gümüş və 3 bürünc medal qazanıb.

Sadiq Məmmədov (-73 kq), Ayxan Həsənli (-81 kq) və Ömər Axundov (-90 kq) ikinci yeri tutublar.

Amin Mehdiyev, Yaqub Məmmədov (hər ikisi -81 kq) və Ruslan Kazımov (+90 kq) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, daha əvvəl Nihad Ağayev (-50 kq), Fərid Xudiyev (-55 kq) qızıl, İbrahim Talıbov (-55 kq), Sunay Salamova (-40 kq) gümüş, İlkin Qarayev (-66 kq), Pərvin Sevxanlı (-44 kq) və Nərmin Ağamirzəzadə (-52 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, aktivində 2 qızıl, 5 gümüş və 6 bürünc medal olan Azərbaycan millisi turniri 35 ölkə arasında ümumi komanda hesabında üçüncü pillədə başa vurub.

Oğlanların mübarizəsində yığmamız birinci olub.

Oxşar xəbərlər

Cüdoçularımız Berlində 9 medal qazandı
Cüdoçularımız qızıl medal qazana bilmədi - Avropa Kuboku
Azərbaycan millisi dördüncü oldu - Avropa kuboku
4 qızıl, 3 gümüş və 5 bürünc - yığmamız birinci oldu
Rio-2016: Medal sıralaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər