reklam
Azərbaycan çempionu transferin son günü Enrike ilə anlaşdı
Sportfm.az xəbər saytı

Azərbaycan çempionu transferin son günü Enrike ilə anlaşdı


Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" növbəti transferini rəsmiləşdirməyə hazırlaşır.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrike ilə anlaşıb.

Klublar arasında uzun müddətdi aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib. PAOK 27 yaşlı "sambaçı"nı satmağa çalışsa da, "Qarabağ" yunanlarla icarə məsələsində ortaq məxrəcə gəlib. Gün ərzində Pedronun keçidinin açıqlanması gözlənilir.

Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, "Qarabağ" onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il "Renn" klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Qarabağ"ın Enrike məsrəfi!
Pedro Enrike: "Mövsüm başa çatdıqdan sonra Yunanıstana yollanacam"
Pedro Enrike "Qarabağ"da qalacaqmı?
"Qarabağ"dan daha bir transfer
"Qarabağ" braziliyalı futbolçunu icarəyə götürür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər