Klubun erməni prezidenti 20 milyon mənimsəyərək istefa verib
Moskvanın "Ararat" futbol klubu ərizə ilə sabiq prezident Valeri Ohanesyan barəsində polisə şikayət edib.
Sportfm.az xəbər verir ki, V.Ohanesyan klubun bank hesabından 20 mln. rubl mənimsəməkdə günahlandırılır.
"Valeri Ohanesyan ötən gün səhhəti ilə əlaqədar vəzifəsindən ayrılmaq üçün istefa ərizəsi yazıb. Onun hazırda Gürcüstanda olması barədə məlumatımız var. Bundan sonra keçirilən maliyyə yoxlaması klubun bank hesabından 20 mln. rublun yoxa çıxdığını müəyyənləşdirib. Pullar müvafiq sənədlər tərtib edilmədən Valeri Ohanesyanın şəxsi hesablarına köçürülüb. İstintaq orqanları artıq araşdırmalara başlayıb", - deyə "Ararat" klubunun vitse-prezidenti Andranik Keropyan bildirib.
Rusiyanın Peşəkar Futbol Liqasından mübarizə aparan "Ararat" komandası Rusiya Kubokunun 1/16 final mərhələsinədək yüksəlib. Turnir çərçivəsində komanda sentyabrın 20-də "Xabarovsk-OİK"lə qarşılaşacaq.
Oxşar xəbərlər
Fazil Məmmədov vəzifəsindən istefa verdi
"Neftçi"nin prezidenti istefa verdi
Erməni qubernator stadion tikintisindən 50 milyon mənimsəyib
Yığmamıza dəvət edilən futbolçu erməni klubundan təklif aldı
“Zirə”nin prezidenti istefa verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası