Robert Prosineçki: Analiz üçün vaxt azdır
Sabah DÇ-2018-in seçmə qrup oyunu çərçivəsində evdə San-Marino ilə üz-üzə gələcək Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki oyundan öncə mətbuat konfransı keçirib. Oyun haqda fikirlərini bölüşən xorvatiyalı eyni zamanda jurnalistlərin suallarını da cavablandırıb: Üç günə iki oyun keçirdirik, analiz üçün vaxt azdır. Norveçlə oyunda biz əzmkar oynadıq. Səhv etdikdə isə məğlub oluruq və biz səfərdə səhvlər etdik. Motivasiyamız yüksəkdir. Tariximizdə ilk dəfə 10 xal qazana bilərik. Komandaya təzyiq mənfi təsir göstərməyəcək. 3 xalı almalıyıq, başqa yolumuz yoxdur. Mənim motivasiyam yüksəkdir. Mən çalışmaqdan həzz alıram. Mən heç vaxt məcbur işləmərəm. Tərlan Quliyevin oynayıb-oynamayacağını bilmirəm. Tərlan müxtəlif mövqelərdə çıxış edib. Rəqibə hörmətlə yanaşırıq. Biz bu rəqibə qarşı ilk oyunda sübut etdik ki, biz güclüyük. Biz Norveçlə matça nisbətən 7 mövqedə dəyişiklik edəcəm. Sabah Renat Dadaşova şans verəcəm. Bir neçə dəqiqə olsa belə. Əlbəttə, biz 10 xala sevinməliyik. Son vaxtlar komandamız baxımlı futbol nümayiş etdirir. Mən postumu tərk etsəm belə yığma komanda qalacaq. 3 mövqedə məcburi dəyişiklik etdim. Heyət isə belədir. Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Tərlan Quliyev, Təmkin Xəlilzadə, Rahir Əmirquliyev, Cavid Hüseynov, Riçard Almeyda, Araz Abdullayev və Ramil Şeydayev.
Konfransda iştirak edən Tərlan Quliyev: Oyuna gəldikdə, rəqibin son matçına baxmışıq, 70 dəqiə ərzində qol buraxmadılar. Çətin olacaq, ancaq qalib gəlmək lazımdır.
Konfransda iştirak edən Ramil Şeydayev: Bizi çətin matç gözləyir, biz mütləq qalib gəlməliyik və çox qol vurmalıyıq. Mən bir hücumçi kimi qol vurmaq, millidə qol hesabımı açmaq istəyirəm.
Oxşar xəbərlər
Robert Prosineçki:"Bir neçə gündən sonra açıqlama verəcəm"
Rəşad Sadıqov millimizin düşərgəsinə çağırıldı?
Robert Prosineçki: Oyunumuzdan razı qaldım
Yığmamız San-Marino ilə oyuna 7 dəyişikliklə çıxır
Robert Prosineçki:"Ona 5 dəqiqə şans verəcəyimə ümid edirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası