Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Amerika kuboku: Braziliya millisi qrupda qaldı - VİDEO
Amerika Kuboku – 2016-da növbəti oyunlar keçirilib. Sportfm.az saytının məlumatına görə, "B" qrupunda son tur sensasiya ilə nəticələnib.
Gözlənilmədən Peruya məğlub olan Braziliya yığması qrupu 3-cü pillədə tamamlayıb və növbəti mərhələyə adlaya bilməyib. Digər görüşdə isə Ekvador Haitini asanlıqla üstələyib. Bu hesablardan sonra Peru və Ekvador milliləri 1/4 finala vəsiqə qazanıblar.
Sabah isə "C" qrupunda III turun qarşılaşmaları baş tutacaq. Öncə Meksika Venesuela ilə (Bakı vaxtı ilə saat 04:00), ardından isə Uruqvay Yamayka ilə (06:00) üz-üzə gələcək.
Amerika Kuboku – 2016
Qrup mərhələsi
"B" qrupu, III tur
Ekvador – Haiti – 4:0
Qollar: Enner Valensiya, 11; Ayovi, 20; Noboa, 57; Antonio Valensiya, 78
Braziliya – Peru – 0:1
Qol: Ruidiaz, 75
Oxşar xəbərlər
Liderdən bərabərlik - Amerika kuboku
Uruqvay və Paraqvay qələbə qazandı - Amerika kuboku
Braziliyadan səfər, Argentinadan ev qələbəsi
Amerika kuboku: Bütün 1/4 finalçılar məlum oldu
Amerika Kuboku-2016: Uruqvay qrupda qaldı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası