reklam
Millimizdən böyük hesablı qələbə
Sportfm.az xəbər saytı

Millimizdən böyük hesablı qələbə


2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi San-Marino yığmasını qəbul edəcək.

Sportfm.az xəbər verir ki, oyunu monteneqrolu hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Nikola Dabanovic olacaq. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pavle Radovanovic yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru danimarkalı Kaj Ostergaard, komissar isə qazaxıstanlı Oljas Abrayev olacaq.

Azərbaycan-San-Marino oyunu "Bakcell Arena"da saat 20:00-da başlayacaq.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu
20:00. Azərbaycan – San Marino 5:1 Əfran İsmayılov, 20,57; Araz Abdullayev,25;Cevoli, avtoqol 71; Rəşad Sadıqov, 81 - Palazzi, 74
Baş hakim: Nikola Dabanovic
Baş hakimin köməkçiləri: Milutin Djukic, Jovica Tatar
Dördüncü hakim: Pavle Radovanovic
(Hakimlər Monteneqrodandır)
Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)
Komissar: Oljas Abrayev (Qazaxıstan)

Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Norveç 7 xalla dördüncü, Azərbaycan yığması 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Yığmamız Maltaya qarşı - YENİLƏNİR
“Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirəcək
Millimiz son ev oyununda xalsız qaldı
Yığmamız İrlandiyaya qarşı
Millimizin oyunlarına hakim təyinatları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər