reklam
Sportfm.az xəbər saytı

"Beşiktaş"dan Dənizliyə qarşı saymazmazlıq


Türkiyənin "Beşiktaş" klubu sabiq baş məşqçisi Mustafa Dənizliyə qarşı saymazyana münasibət göstərib.

Sportfm.az xəbər verir ki, klub rəhbərliyi komandaya çempionluq qazandırmış baş məşqçilərin "Vodafone Arena"dakı posterləri sırasında 68 yaşlı mütəxəssisin fotosuna yer verməyib.

Halbuki təcrübəli baş məşqçi 2008-2009 mövsümündə komandanı 6 ildən sonra çempionluğa qovuşdurmaqla yanaşı, Türkiyə Kuboku ilə də sevindirib.

"Beşiktaş"ı çempion etmiş baş məşqçilər arasında yalnız M.Dənizlinin fotosuna yer verilməməsinə səbəb kimi "ağ-qaralar"ın prezidenti Fikrət Ormanın Mustafa Dənizlidən acıqlı olduğu göstərilir. F.Orman bu posta gəldiyi vaxt təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirmək istəyib. Lakin həmin vaxt o, rədd cavabı alıb.

Qeyd edək ki, Fikrət Orman "Beşiktaş"a 2012-ci ildən rəhbərlik edir. Mustafa Dənizli isə bu komandada 2008 - 2010-cu illərdə çalışıb. Dənizli 2013-cü il dekabrın 3-dən 2014-cü ilin iyununadək "Xəzər Lənkəran"ın sükanı arxasında olub.

Oxşar xəbərlər

Mustafa Dənizli getdi - Ayrılıq
Dənizli Altay"la anlaşdı - Müqavilə
Mustafa Dənizlinin yeni klubu məlum oldu - Müqavilə
Mustafa Dənizli istefa verdi
Mustafa Dənizli həbs ediləcək!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər