reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın prezidenti Abdolbari Goozal komandayla görüşüb


"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacağı "Çelsi"ylə matçın hazırlıqlarını davam etdirir.

Sportfm.az xəbər verir ki, bu gün axşam məşqindən öncə komandamızın düşərgəsində sürpriz ziyarət baş tutub. Klubumuzun prezidenti Abdolbari Goozal komandanı ziyarət edib. Məşqdən öncə futbolçularla tək-tək görüşən prezidentimiz onlarla da yaxından maraqlanıb. Daha sonra Abdolbari bəy Çempionlar Liqasında qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib. Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərimizin qəlbinə sevinc nəsib etdiyi vurğulayıb. Sonda isə gətirdiyi şirniyyat futbolçulara paylanılıb və görüş xoş ovqatla başa çatıb.

 

Oxşar xəbərlər

AFFA prezidenti "Qarabağ"ı ziyarət etdi - FOTO
"Çox yaxşı transferlərimiz olacaq" - Abdulbari Gözal
"Qarabağ" ispaniyalı hücumçu ilə anlaşdı
"Qarabağ"ın prezidenti klubu ziyarət etdi
""Qarabağ" klubuna ödəmələr azalmayacaq" - Klub prezidenti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər