reklam
Güləşçimiz bu gün qızıl uğrunda mübarizə aparacaq -
Sportfm.az xəbər saytı

Güləşçimiz bu gün qızıl uğrunda mübarizə aparacaq -Dünya çempionatı


Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

Sportfm.az xəbər verir ki, kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçi yarışa Gürcüstan təmsilçisi Giorgi Narimanidze üzərində 4:2 hesablı qələbə ilə başlayıb. İ.Həsənov dörddəbir finalda Hindistan idmançısı Qovind Qovindi 10:3 hesabı ilə məğlub edib.

Yarımfinalda Rusiya təmsilçisi İslam Kuraxmayevlə qarşılaşan Azərbaycan güləşçisi 10:6 hesablı qələbə qazanaraq həlledici görüşə vəsiqə əldə edib.
İbrahim Həsənov bu gün keçiriləcək final görüşündə İran təmsilçisi Benyamin Vayvanla qızıl medal uğrunda mübarizə aparacaq. Final qarşılaşmasının saat 18:00-da başlaması nəzərdə tutulur.

Oxşar xəbərlər

Dörd güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Güləşçimiz finala yüksəldi - Dünya çempionatı
Güləşçimiz Avropa çempionu oldu
Hacı Əliyev dünya çempionu oldu
Rio-2016: Hacı Əliyev və Cəbrayıl Həsənov bürünc medal qazandılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər