reklam
Avropa Kubokunu 7 medalla başa vurduq
Sportfm.az xəbər saytı

Avropa Kubokunu 7 medalla başa vurduq


Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Sportfm.az xəbər verir ki, milli komanda turnirin son günündə 2 qızıl və 4 bürünc medal qazanıb.

Belə ki, Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.

Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medal əldə ediblər.

Xatırladaq ki, yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) da bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan yığması 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medalla 33 ölkənin qatıldığı Avropa Kubokunu komanda hesabında üçüncü pillədə başa vurub.

Oxşar xəbərlər

Avropa Kubokunda bürünc medal - FOTO
Millimiz Avropada ikinci oldu
Avropa Kubokunda 9 medal - UĞUR
Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurdu
Cüdoçularımız qızıl medal qazana bilmədi - Avropa Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər