reklam
Duran startda başladı, qol vura bilmədi
Sportfm.az xəbər saytı

Duran startda başladı, qol vura bilmədi


“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya Premyer Liqasında ikinci oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, Qlazqo təmsilçisi 2-ci turda səfərdə “Kilmarnok”la qarşılaşıb və 5:1 hesablı qələbə qazanıb.

Kolumbiyalı vinger görüşə start heyətində başlayıb. O, 64-cü dəqiqədə Sebastian Tunekti ilə əvəzlənib.

“Seltik”in qollarını Kasper Höq (3), Benjamin Nüqren və Luk MakKouen vurublar

Bu qələbədən sonra “Seltik” 2 oyundan 6 xalla turnir cədvəlinə başçılıq edir.

Xatırladaq ki, Kamilo Duran ilk turda “Dandi” ilə matçda da (1:0) əsas heyətdə meydana çıxmış və 78-ci dəqiqədə əvəzlənmişdi.

Oxşar xəbərlər

Duran durmaq bilmir - "Milan"a qol vurdu
Kamilo Duran “Seltik”də - RƏSMİ
“Qarabağ” rəqibinə 7 top vurdu - Premyer Liqa
Duran Kolumbiya millisinə çağırıldı
"Qarabağ" açıqladı - Kolumbiyalı hücumçunun durumu yaxşıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər